Məktəbimizdə Dünya Azərbaycanlılarının Həmrəylik günü

         Məktəbimizdə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə bir sıra tədbirlər təşkil edildi. Bilik yarışları, idman yarışları keçirildi. Təşkilat saatlarında Həmrəylik Gününə aid mövzularda söhbətlər aparıldı. Nəhayət 28 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş tədbir təşkil edildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər və valideyinlər yaxından iştirak etdilər. Ən çox sevinənlər azyaşlı məktəblilərimiz oldu. Onlar şeirlər, rəkslər və mahnılarla çıxış edərək, tədbirə xüsusi gözəllik qatdı. 295 nömrəli tam orta məktəbin müəllim kollektivi adından hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ürəkdən təbrik edir, gələcək işlərində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi