Tofiq Bayramovun "Azərbaycan deyəndə " şeirinin təhlili
25 dekabr 2018- ci il tarixində ”Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə 295 nömrəli tam orta məktəbin kitabxanasında Tofiq Bayramovun “Azərbaycan deyəndə” şeirinin təhlili keçirildi. Şeirin təhlili əsasında şagirdlərimiz doğma vətənimiz Azərbaycan haqqında öz fikirlərini, düşüncələrini bölüşdülər. Kitabxana rəhbəri C. Kəmalə tədbir haqqında ətraflı məlumat verərək, tədbiri açıq elan etdi. Tədbir boyu “Azərbaycan deyəndə ” şeiri təhlil edilərək, şagirdlərin maraqlı fikirləri dinlənildi.
Sonda məktəbin direktoru, millət vəkili D.M.Cəbrayılova gündən-günə çiçəklənən doğma Azərbaycan haqqında maraqlı fikirlərini şagirdlərlə bölüşdü. Onların hər birinə Vətəni sevməyi, onun qayğısına qalmağı,vətənpərvər ruhda böyüməyi tövsiyyə etdi.