Uğurunuz uğurumuzdur

2018-ci ilin dekabr ayı boyunca məktəbimizin şagirdləri idmanın müxtəlif növləri üzrə bir sıra uğurlar əldə etdilər. “Təhsil ”RİM 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbi, “Xalq Cumhuriyyəti ili ” elan edilməsinə həsr olunmuş 2 dekabr tarixində keçirilən sambo idman növü üzrə 2004-2005-ciil təvəllüdlü və daha kiçik təvəllüdlü oğlanlar arasında keçirilən birincilikdə məktəbimizin 6a sinif şagirdi Əliyev Hüseyn 36 kq çəki dərəcəsində iştirak edərək  birinci yeri tutduğuna görə diplom və medalla təltif olunmuşdur. Daha bir uğur məktəbin 3-cü sinif şagirdi Fərhadov Məhəmmədin Cido üzrə 23 kq çəki dərəcəsində ikinci yerə layiq görülməsi olmuşdur.

Bakı Şəhəri İdman Baş İdarəsi “Ümummilli lider H.Əliyevin Anım Xatirəsinə” həsr edilmiş Açıq Turnir yarışmasında məktəbimizin 4-cü sinif şagirdi İmanov  Nahid birinci yer qazanaraq diplom və medalla təltif olunmuşdur. Daha böyük uğurlar əldə etmək ümüdi ilə şagirdlərimizi ürəkdən təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi