Ulu öndər Heydər Əliyevin anım günü

12.12.2018-ci il Respublikamızın hər yerində olduğu kimi, məktəbimizdə də ulu öndər Heydər Əliyevin anım günü qeyd edildi. Tədbir ümummilli lider, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önündə təşkil edildi. Məktəbin direktor müavini Zülfiyyə Rəşidova, kitabxana rəhbəri Cəfərova Kəmalə və tarix müəllimləri dahi şəxsiyyət Heydər Əliyev haqqında öz ürək sözlərini dedilər. Şagirdlərimiz Heydər Əliyevə həsr edilmiş şeirlərlə çıxış etdilər.

      Sonda şagirdlərimiz görkəmli xadim, elm adamı, ulu öndər Heydər Əliyevdən örnək götürərək, vətənə faydası dəyən əsl vətəndaş kimi böyüyəcəklərinə söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi