Narkomaniyaya yox deyirik
6 dekabr 2018-ci il tarixində 295 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyirik ” adlı maarifləndirici tədbir təşkil edildi. Tədbir himnin səsləndirilməsi ilə başlandı. Tədbirdə Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Eldar İlyasov, 42-ci PB-nin rəisi polis mayor Tərxan Əhmədov, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ədalət Teymurov, Bakı şəhər Narkoloji Dispanserin həkim –narkoloqu Pərvin Abbasova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Tahirə Qədimova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev iştirak etmişdir. Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı çıxışlar etmişlər. Həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olunmuşdur.
Tədbirin sonunda məruzəçilər tərəfindən narkomaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.