Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü

5 dekabr 2018-ci il tarixində 295 nömrəli tam orta  məktəbdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibəti ilə tədbir təşkil edildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva,YAP Sabunçu rayon təşkilatının Aparat rəhbəri Rəşad Abbasəliyev, Sabunçu rayonu İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova və məktəbin müəllim kollektivi iştirak etmişdir. Burada Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz proqram və nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirərək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olması, insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosial yönümlü iqtisadiyyatı, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatı rifahı uğrunda mübarizəsindən danışıldı. Həmçinin Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə üzvülük vəsiqələri təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi