Milli Məclisə ekskursiya
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı 9 noyabr Bayraq günü və 12 noyabr Konstitusiya günü münasibəti ilə Milli Məclisdə Sabunçu rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevin təşəbbüsü ilə rayon icra hakimiyyətinin humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, Sabunçu rayon 27 nömrəli seçki dairəsindən deputat, həmçinin komitənin üzvü Dilarə Cəbrayılova, rayon üzrə orta məktəb direktorları, rayon xəstəxanasının həkimləri, orta məktəb şagirdləri və rayonun ictimai həyatında yaxından iştirak edən gənclərdən ibarət bir qrup fəalı ilə görüş keçirdi. Burada Heydər Əliyev muzeyi, iclas zalı və kitabxana ilə tanış olublar. Milli Məclisə ekskursiyada məktəbimizin nümayəndələri də iştirak etmişdirlər.