Akademik Kamal Abdullanın məktəblilərimizə dediyi mühazirə

2018-ci ilin sentyabr ayının 15-də yenicə təmirdən çıxmış məktəbimizə Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla gələrək “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda mühazirə oxuyub. Akademik Kamal Abdulla çıxışı zamanı şagirdlərə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu, ulu öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, milli –mənəvi dəyərlərimizin qorunması, multikultural ənənələr, ölkəmizdəki tolerantlıq mühiti barədə ətraflı məlumat verib. Kamal Abdulla bildirib ki, ümummilli lider Azərbaycan dövlətinə rəhbərlik etdiyi bütün zamanlarda əsas diqqət yetirdiyi sahələrdən biri məhz xalqımızın milli mənəvi dəyərlərinin qorunması və onların gələcək nəsillərə çatdırılması olub. Rektor qeyd edib ki, ulu öndərin xalqımızın milli-mənəvi dəyərlərinə müxtəlif istiqamətlərdən nəzər salıb və hər bir istiqamət üzrə xüsusi siyasi iradə nümayiş etdirib.

             Mühazirənin sonunda akademik K.Abdulla məktəbə Azərbaycan Dillər Universitetinin hədiyyələrini və müxtəlif kitablar təqdim edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi