Son zəng

               14 iyun bütün məktəblərdə olduğu kimi 295 nömrəli tam orta məktəbdə də məzunlar üçün son zəng çalındı. Tədbir himnin səsləndirilməsi ilə başlandı. Məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova  çıxış edərək tədbiri açıq elan etdi. Tədbir 11-lərin hazırladıqları şeirlər, rəkslər və mahnılar ilə davam  edirdi. İl ərzində məktəbdaxili tədbirlərdə  fəallıq göstərən şagirdlərə diplomlar təqdim edildi. Nəhayət son zəng eşidildi. Hamının səbirsizliklə gözlədiyi bu zəng 11-ləri çox kövrəltdi. Üzlərində olan sevinc bir anda gözyaşları ilə əvəz olundu.  Çox keçməz bu gözyaşları tələbəlik sorağını eşidib sevinc gözyaşlarına çevrilər. Elə bu ümidlə bütün məzunları ürəkdən təbrik edir, onlara uğur arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi