Həmrəylik gününüz və Yeni İliniz mübarək olsun!

31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İL münasibəti ilə 295№li tam orta məktəbdə şənlik keçirildi.İlk öncə tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik günün yaranması tarixindən danışıldı.Bildirildi ki, bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birlik günüdür. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu şərəfli ənənə gündən- günə daha geniş vüsət alır və Azərbaycançılıq siyasətinin həyata keçirilməsində əvəzsiz rol oynayır. Eyni zamanda çıxışlarda o da vurğulandı ki, Yeni İl Bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub.Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var.Tədbirin bədii hissəsi ibtidai sinif şagirdlərinin söylədikləri şerlərlə, ifa etdikləri səhnələrlə davam etdirildi.Sonda şənlik uşaqların rəqsləri ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi