"Səməd Bəy Mehmandarov-160"

Görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyi münasibət ilə dekabrın 24-də 295 №li tam orta məktəbdə tədbir keçirildi.Tədbirdə vurğulandı ki,hər bir xalqın siması onun qəhrəmanları və sərkərdələrinin timsalında görünür.O bu simanın daşıyıcılarından biri idi.Səməd bəy Mehmandarov o dövrün ağır müharibələrində öz sərkərdəlik bacarığını göstərməyi bacaran görkəmli hərbi xadimlərdən biri olmuşdur. Görkəmli sərkərdə Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Bakıda gimnaziya təhsili almış Səməd Sadıqbəy oğlu Mehmandarov, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor, Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir ki, bu da general-polkovnik rütbəsinə bərabərdir. I Dünya müharbəsi başlanarkən general S.Mehmandarov Varşava ətrafında xidmət edirdi.Onun komandir olduğu 21-ci piyada diviziyası tərkibində dörd alay var idi:81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı, Diviziya komandiri S.Mehmandarovun fitri istedadı nəticəsində Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir.Tədbirdə məktəbin şagirdləri tərəfindən general-polkovnik S.Mehmandarovun həyatından,keçdiyi hərbi yoldan səhnəciklər göstərildi.Səhnələr qürur verici və maraqlı anları tədbir iştirakçılarına yaşatdı.Sonda məktəbin hərbi müəllimi Vəliyev Elşən çıxış edərək bildirdi ki, General Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.O Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsində olmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu.Bu gün Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyi münasibəti ilə ölkəmizdə keçirilən tədbirlərin tədqirə layiq olduğunu bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi