“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi

Dekabrın 22-də 295 № li tam orta məktəbin şagirdləri Səmədzadə Minayə və Hüseynov Rüstəm Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş elmi-bədii yubiley tədbirində qonaq qismində iştirak etdilər. Tədbir Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.Tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində təşkil olunmuş “Kitabi-Dədə Qorqud”un tədqiqinə aid nəşrlər, bu eposla bağlı uşaqların çəkdiyi rəsmlər, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “Basatın Təpəgözü öldürməsi” boyunun 25 dildə nəşrini nümayiş etdirən sərgi ilə tanış oldular. Tədbirdə ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik təntənəli yubileyi mərasimindəki çıxışından fraqment nümayiş etdirildi. Mərasimi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev açaraq bildirdi ki, ölkə başçısının müvafiq Sərəncamı qorqudşünaslığa yeni bir nəfəs verib, ruh gətirib, onun perspektivlərini müəyyənləşdirib.Yubileydə Türkiyə, Almaniya, Rusiya, İran, Gürcüstan, İtaliya və digər ölkələrdən alimlər, qorqudşünaslar və azərbaycanın müxtəlif bölgələrindən şagirlər iştirak edirdilər. Tədbirdə “Dədə Qorqud” parkının açılışı zamanı Prezident İlham Əliyevin çıxışından da fraqment təqdim olundu. Xarici Dillər və Slavyan universitetlərinin tələbələrinin ifasında dastan mətninin 11 dildə tərcüməsindən örnəklər səsləndirildi. Bu, həm də dastanının 11 boyunu təcəssüm etdirirdi.Gecədə Xalq Artisti Alim Qasımov, Əməkdar artistlər Mehriban Zəki, Fəridə Məmmədova, “Savalan” və “Natiq” ritm qruplarının və digər sənətçilərin ifasında təqdim olunan ədəbi-bədii proqram, həmçinin “Dədə Qorqud” bədii filmindən fraqmentlər maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi