31 Mart soyqırım günü

                Hər il  olduğu kimi bu il də 31 Mart Soyqırım günü məktəbimizdə yad edildi. Soyqırım gününə həsr edilmiş divar qəzetləri hazırlandı. “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda şagirdlərimizə inşa yazdırıldı. Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş mühazirə, dəyirmi masa formalı tədbirimizi təşkil edərək tariximizi məktəblilərimizə bir daha xatırlatmağa çalışdıq. Müavin Rəşidova Zülfiyyə, tarix müəllimləri Əsgərov Gülməmməd və Sadıqova Esmira çıxış edərək Azərbaycanlıların başlarına gələn dəhşətli günlərdən şagirdləimizə danışdılar. Məqsədimiz şagirdlərimizin vətənpərvər ruhda böyüməsi, tariximizi olduğu kimi gələcək nəslə ötürülməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi