"Yurdumuza bahar gəlir " adlı Novruz şənliyi
15 mart 2018-ci il tarixində 295 nömrəli tam orta məktəbdə “ Yurdumuza bahar gəlir” adlı tədbir təşkil edildi. Məktəbimiz milli atributlarla bəzədildi. Xonçalar hazirlandı. Rəkslər, səhnələr quruldu. Şagirdlərimiz müxtəlif musiqi nömrələriylə çıxış etdilər. Novruzun rəmzləri olan Kosa və Keçəl də şənliyimizə xoş əhval- ruhiyyə qatdılar. Tədbirdə məktəbin direktoru , millət vəkili Dilarə xanım Cəbrayılova çıxış edərək bütün müəllim kollektivini və məktəbliləri bayram münasibəti ilə təbrik etdi. Daha sonra siniflərin həvəslə hazırladıqları xonçalara baxış keçirildi. Ən gözəl xonçanı bəzəyən sinif seçilərək tərifnaməylə təltif edildi. Tədbirin əsas məqsədi milli adət-ənənələrimizi şagirdlərimizə bir daha çatdırmaq və onları yaddan çıxartmamaq oldu. Adətlərimiz bizim milli dəyərlərimizdi. Onu qorumalı və gələcək nəslə olduğu kimi ötürməliyik. Məktəbimiz adından bütün xalqımızın Novruz bayramını səmimi qəlbdən təbrik edirik.