"12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür"

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə 295№ li tam orta məktəbin şagirdləri fəxri xiyabanda ulu öndərin məzarını ziyarət etmişdir.Məktəbin tarix müəllimi Fətəliyeva Dilguşə şagirdlərə Azərbaycan xalqının tarixində və talehyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət haqqında məlumat verdi.Bildirdi ki, Azərbaycan xalqının tarixi şəxsiyyətləri içərisində ümummilli lider adını qazanmış görkəmli dövlət xadimi ,dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.Uşaqların,gənclərin və hər birimizin ürəklərimizdə özünə yer tapan milli liderimiz,qürur duyduğumuz və fəxr etdiyimiz Azərbaycanlı idi.Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtətəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.Ulu öndərin uzaqgörən daxili və xarici siyasəti Azərbaycanın uğurlarının əsasıdır və gələcəyə istiqamətlənmişdir.Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu islahatlar,əldə olunan nəticələr,Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiriməsinə,memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna xalqımızda əminlik hissi yaradır.Son da şagirdlər xatirə şəkilləri çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi