Beynəlxalq Ana Dili Günü

                21 fevral 2018 –ci il tarixində 295 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Günü qeyd olundu. Tədbirdə mühazirələr söylənildi, şagirdlərin hazırladıqları təqdimatlar təqdim edildi. Bundan başqa Ana Dili Gününə həsr  edilmiş kiçik videoroliklər göstərildi. Şagirdlərimiz ana dilimizə həsr edilmiş şeirlərlə tədbiri davam etdirdilər. Tədbirin məqsədi dərin tarixi köklərə malik olan dilimizin zənginliyini və ahəngdarlığını şagirdlərimizə çatdırmaqdır. Çünki ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almsında, öz soydaşları ilə  ünsiyyət qurmasında mühüm rol oynayır. Dilimizi yaxşı öyrənək ki, onu gələcək nəslə sağlam şəkildə ötürə bilək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi