“Narkomaniya ümumbəşəri bəladır”

295 №li tam orta məktəbdə, şagirdlərin zərərli vərdişlərdən yayındırmaq və qeyd olunan istiqamətdə onları məlumatlandırmaq məqsəd ilə 16.11.2015-ci il tarixində Sabunçu RPİ-nin YYÇ PİTB-nin əməkdaşları eləcədə, Bakı şəhəri Anonim Narkoloji Müalicə-Məsləhət Kabinetinin həkim-narkoloqu Asif Kəngərlinin iştirakı ilə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.Tədbirdə şagirdlərə narkomaniya ilə bağlı geniş məlumat verildi,cəmiyyəti sarsıdan pis vərdişlərə meyl yaradan hallara qarşı mübarizənin əhəmiyyəti və məqsədindən bəhs edildi.Tədbirdə X sinif şagirdlərinin ifasında “narkomaniyanın gənclərin həyatında törətdiyi fəsadlar” barədə göstərilən səhnəcik tədbir iştirakçılarında dərin təəssürat yaratdı.Görüşün yekununda tədbirdə iştirak edən müəllim və şagirdlərlə məktəbdaxili nizam-intizam,müəllim-şagird münasibətləri,ictimai davranış qaydaları və yetkinlik yaşına çatmayanların hüquq və vəzifələrinə dair diskusiya xarakterli məqsədyönlü,qabaqlayıcı ümumi profilaktik söhbətlər aparıldı.Tədbirdə vurğulandı ki,bu məzmunda qabaqlayıcı profilaktik tədbirlər gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir edərək onları zərərli vərdişlərdən,hüquq pozmalardan yayındırma prosesinə yönəlmiş faəliyyətdə böyük önəm daşıyır və müstəqil dövlətimizin gələcək qurucuları olan övladlarımıza sağlam həyat tərzini təbliğ etməklə yanaşı,onları milli ruhda tərbiyələndirərək vətəndaş mövqeyi formalaşdırır.Sonda məktəbin direktoru Dilarə Cəbrayılova tədbirdə iştirak edən qonaqlara məktəbin pedaqoji kollektivi və öz adından təşəkkür edərək minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi