Fiziki məhdudiyyətli gənclərin əl işlərinin sərgisi

2018- ci ilin fevral ayının 5-de 295 nömrəli tam orta məktəbdə fiziki məhdudiyyətli insanların əl işlərinin sərgisi keçirildi. Sərgidə Sabunçu rayonunda işləyən müxtəlif dövlət idarə rəhbərləri, Bakı Şəhəri Təhsil İdarəsinin işçiləri və Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova  iştirak etmişdir. Millət vəkili Dilarə xanım Cəbrayılova çıxış edərək tədbiri açıq elan etdi və hər kəsi fiziki məhtudiyyətli gənclərimizə dəstək olmağa səslədi. Daha sonra Sabunçu Rayonunun İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Ramanı qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsənova, Bakı şəhəri üzrə Təhsil idarəsinin məsul işçisi Afiq Əzizov və Fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası layihəsi rəhbəri Mətanət Quliyeva çıxış etdilər.

               Gənc əlillərimizə dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur. Onlar bizim cəmiyyətin ayrılmaz hissəsidir. Fiziki qüsurlu olsalar da, bu gənclərin  yaratdığı əl işləri öz gözəlliyi ilə hər kəsin diqqətini çəkir. Biz də məktəblilərimizlə birlikdə bu yaradıcı gənclərimizə dəstək olmağa çalışdıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi