Şövkət Məmmədova 120 il

            2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, professor Şövkət Həsən qızı Məmmədovanın 120 illiyi tamam olub. Bu münsibətlə 295 nömrəli tam orta məktəbdə də tədbir təşkil edildi. Tədbir mühazirə formasında təşkil edilib. Mühazirədə Şövkət Məmmədovanın tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyətindən, vətənə, xalqına xidmətindən danışıldı.   Həmçinin tədbirdə Şövkət Məmmədovanın həyat və yaradıcılığından bəhs edən videoçarx da göstərildi. Daha sonra şagirdlər Şövkət Məmmədova və Üzeyr Hacıbəyovun dialoqunu da səhnələşdirdilər. Tədbirin sonlarında məktəbin musiqi müəlliməsi Mirzəyeva Gültəkin mövzuyla bağlı uşaqları maraqlandıran sualları da cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi