Azərbaycan islam həmrəyliyinin qarantıdır

             Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Fondun Nardaran Bilik Evində “Azərbaycan İslam həmrəyliyinin qarantıdır” mövzusunda tədbir keçirilib.

             Sabunçu rayonu 295 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə mühazirə söyləyən layihə rəhbəri, Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov islam həmrəyliyinin iqtisadi, mədəni, siyasi aspektlərindən söz açaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla 2017-ci ilin “İslam Həmrəyli İli” elan olunmasının üstünlüklərindən danışıb.

Layihə rəhbəri bildirib ki, İslam dünyasının tək dini müstəvidə deyil, bütün sahələrdə həmrəyliyinə ehtiyac var və Azərbaycan bu birliyin baş tutmasında güc mərkəzidir.

Tədbir zamanı layihə çərçivəsində hazırlanan video-çarx və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan “Şəhadət” filmi nümayiş olunub.

Tədbir mövzu ilə bağlı gəncləri maraqlandıran suallar ətrafında disskusiya çərçivəsində davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi