12 dekabr Ümummilli lider Heydər Əliyevin vəfatının anım günüdür

12 dekabr Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin vəfatının anım günü 295 nömrəli məktəbdə də qeyd edildi. Bu münasibətlə təşkil edilən tədbirdə tarix müəllimləri çıxış  edərək, Heydər Əlirza oğlu Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin çətin günlərdən necə qurtulduğunu, işıqlı sabahlara çıxması və günü-gündən daha da güclənməsi haqqında danışdılar. Tədbirdə həmçinin şeirlər səsləndirildi və Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş videoroliklər göstərildi. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, bütün dövlətlər tərəfindən tanınır. Bütün bunlara görə biz unudulmaz dahi insan Heydər Əliyevə borcluyuq. Qədirbilən xalqımız Ulu öndər Heydər Əliyevi  heç vaxt unutmayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi