"Biz Narkomaniyaya yox deyirik"

2017-ci ilin 6-dekabrında 295 nömrəli tam orta məktəbdə Biz narkomaniyaya yo deyirikadlı  tədbir keçirilib. Tədbir, Sabunçu Rayonu İcra Hakimiyyəti və Sabunçu Rayonu Polis idarəsinin birgə təşkilatçılığı ilə həyata keçirildi. “Biz narkomaniyaya yox deyirik ”adlı tədbir maarifləndirici xarakter daşıyır.

       Tədbirdə, Sabunçu Rayonu İcra Hakimiyyəti başçısı aparatının şöbə müdürünün müavini, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Səhiyyə Nazirliyinin Respublika Dispanserinin Həkim-Narkoloqu Pərvin Abbasova iştirak etmiş, narkomaniyanın ciddi fəsadlarından ətraflı danışmışdırlar. Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi