Molla Pənah Vaqif 300 il

2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Bu münasibətlə noyabrın 14-də 295 nömrəli tam orta məktəbdə Molla Pənah Vaqifin 300 illik yubileyi keçirilmişdir. Tədbirdə məktəbin bütün  müəllim və şagird kollektivi yaxından iştirak etmişdirlər. Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. Tədbirdə, Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqifin taleyüklü məsələlərin həllində nümayiş etdirdiyi müdrüklük və uzaqgörənliyi şagirdlərin diqqətinə bir daha çatdırılmışdır. Tədbir boyu şeirlər, musiqilər səsləndirilmiş, Vaqif piyesindən səhnəcik göstərilmiş, videoçarxlar təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi