Ədəbiyyat fənnindən açıq dərs

2017-ci ilin 13 noyabrında məktəbimizdə ədəbiyyat fənnindən açıq dərs keçirildi. Açıq dərs XA sinfində Təhməzov Zamin müəllim tərəfindən keçirilmişdir. Dərsdə İ.Nəsiminin həyatı, yaradıcılıq yolu araşdırılmış və ətraflı şəkildə şagirdlərin diqqətinə çatdırılmışdır. Müəllim əlavə maraqlı məlumatlardan istifadə etməklə əqidə, dünyagörüşü, bir ideya ətrafında birləşmək anlayışlarının əsl mahiyyətini aşkara çıxartmışdır. Dərsin maraqlı cəhətlərindən biri də, o dövrün müasir dövrümüzlə əlaqələndirilməsi olmuşdur. Dərsdə şagirdlər də aktiv iştirak etmiş, verilən sualları düzgün cavablandırmışdılar. Həmçinin dərsdə direktor, müavinlər və digər ədəbiyyat müəllimləri də iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi