Bayraq bayramı

Hər il olduğu kimi bu il də məktəbimizdə Dövlət Bayraq bayramı  günü təntənəli surətdə qeyd edildi. Tədbirə həm ibtidai, həm də yuxarı sinif şagirdləri cəlb edilmişdir. Tədbir vətənpərvər ruhda qurulmuş, bayrağımızın tarixi haqqında şagirdlərimizə ətraflı məlumat verilmişdir. Şagirdlər Vətənə, bayrağa  aid  şeirlər söyləmiş, mahnılar ifa etmişlər. Həmçinin tədbirdə məktəbin direktoru,  millət vəkili Dilarə xanım Cəbrayılova və tarix müəllimləri çıxış edərək şagirdlərə bayraq haqqında daha ətraflı məlumat vermiş və bayrağımızı daima uca tutmağı tövsiyyə etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi