Müstəqillik Günü

Azərbaycan Respublikasının tarixinin ən mühüm günlərindən biri də Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. Hər il 18 oktyabrda Respublikamızın hər yerində olduğu kimi, 295 saylı tam orta məktəbdə də bu gün xüsusilə qeyd olunur. Bu il də Azərbaycan Dövlət Müstəqillik gününə həsr olunmuş tədbir keçirildi. Tədbir himnlə başlanıldı. Məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova şagird və müəllim kollektivinə Azərbaycanın müstəqilliyi uğrunda keçən mübarizə yolundan və Azərbaycan Respublikasının müstəqilliyinin məhz ümummilli lider Heydər Əliyev tərəfindən bərpası və möhkəmləndirilməsini vurğuladı. Tarix müəllimləri Sadıqova Esmira və Əsgərov Gülməmməd müstəqillik günü haqqında ətraflı danışaraq şagirdləri məlumatlandırdılar. Sonda məktəbin şagirdləri Azərbaycan və vətənə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi