"Son zəng"

14 iyun -bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.295 nömrəli tam orta məktəbin XI və IX sinif şagirdləri məktəbdə sonuncu dərs günlərini yaşadılar.İlk öncə məktəbin direktoru Dilarə xanım Cəbrayılova məzunları bu gün münasibətilə təbrik etdi.Bakı şəhəri Təhsil İdarəsinin əməkdaşı Əfqan İsgəndərov da məzunları təbrik etdi və onalara xoş arzularının bildirdi.Tədris ili boyu məktəbin ictimai həyatında yaxından iştirak edən,dərslərində müvəffəqiyyət qazanmış məzunlar,məktəbdə fəaliyyətilə seçilən müəllimlər,valideynlər təşəkkürnamələr və diplomlarla təltif olundu.Sonra məzunlar hazırladıqları şerləri, mahnıları və rəqsləri tədbir iştirakçılarına təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi