28 May - Respublika Günüdür

Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.Bu gün münasibətilə 295 nömrəli tam orta məktəbin VIII sinifləri “28 May Respublika Günü”nə həsr olunmuş təqdimatlar hazırladılar.Hər bir sinifin nümayəndəsi öz təqdimatlarını təqdim etdilər.Ən yaxşı təqdimatı edən sinif müəyyənləşdirildi və birinci, ikinci, üçüncü yerə çıxan siniflər mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi