"FİTNƏ"

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” filmi qurumun Bakı şəhəri üzrə əməkdaşı Sultanov Aslan tərəfindən məktəbin şagirdlərinə nümayiş etdirildi. Film gənclərin radikal dini qrupların təsirindən qorumasının təbliğinə həsr olunmuşdur.”Fitnə” sənədli filmində dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən geniş bəhs olundu.Maarifləndirici səciyyə daşıyan film milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.Filmdə tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlanmasının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi