“Azərbaycanın biomüxtəlifliyi”

Ekoloji aylıqlar layihəsini nəzərə alaraq “Azərbaycanın biomüxtəlifliyi” mövzusunda 252 nömrəli tam orta məktəbdə mühazirə keçirildi. Həmin mühazirədə məktəbimizin biologiya müəllimi Rəşidova Zülfiyyə və beş nəfər şagird iştirak etdi. Mühazirə SOCAR-ın Ekologiya İdarəsinin Mütəxəssisi Əbülfət Allahverdiyev tərəfindən keçirildi.Mühazirədə bildirildi ki, biomüxtəlfliyin bir hissəsi insanlardır və bizim taleyimiz ekosistemin məhsuldarlığından və sağlamlığından asılıdır. Azərbaycan biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildə qoşulmuşdur. Konvensiyaya uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilmiş, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılmış, həmçinin xüsusi mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırlması istiqamətində müvafiq tədbirlər görülmüşdür..
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi