“Səninləyəm Azərbaycan ”

Aprel döyüşləri - 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişədir. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etmi, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə adlandırılan yüksəkliyə nəzarəti ələ keçirmişlər. Döyüşlərin nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak oldu, 1 Mi-24 helikopteri vuruldu və 1 tank mina partlayışı zamanı sıradan çıxdı. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 320 döyüşçüsü öldürüldü və 500-dən artıq döyüşçüsü isə yaralandı.Bu döyüşlərin bir illiyi münasıbətilə 295 nömrəli tam orta məktəbdə “Səninləyəm Azərbaycan ” mövzusunda vətənpərvərliyə həsr edilmiş tədbir keçirildi.Şagirdlərin ifasında aprel döyüşləri zamanı real baş vermiş hadisələrdən səhnələr canlandırıldı,vətənpərvərlik mövzusunda musiqilər,vedeo çarxlar,şerlər səsləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi