" Öyrənmə saatı" adlı maarifləndirici təlimlər davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 295 nömrəli tam orta məktəbdə müəllimlər üçün " Öyrənmə saatı" adlı maarifləndirici təlimlər davam edir. Bu dəfə "Məktəbdə saglam mənəvi- psixoloji mühit uşaqların müdafiəsi və təhlükəsizliyi" mövzusu keçirildi.
Məktəbin direktoru Dilarə Cəbrayılovanın təşkilatçılığı ilə reallaşdırılan növbəti təlimlər tədris ilinin sonundək davam edəcək.