Kitab-sənin ilk dostundur

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Bu gün münasibətilə məktəbin kitabxanasında ibtidai sinif şagirdləri ilə “kitab-sənin ilk dostundur” mövzusunda dəyirmi masa keçirildi.İlk öncə məktəbin kitabxanaçısı uşaqlara kitab gününün maraqlı tarixi haqqında onlara məlumat verdi. Bildirildi ki, məşhur nağılçı Hans Kristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib.1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası (International Board on Books for Young People – IBBY) tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Qans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etmək,mütaliəyə marağı artırmaqdır.Məhz bu məqsədlə uşaqların hansı nağılları oxuduqları, hansı mövzularda mütaliə etməyi xoşladıqları,kitabxanamızda hansı kitabları görmək istədikləri dəyirmi masa ətrafında müzakirə olundu.Sonda uşaqlara yay tətilində hansı kitabları oxumaları barədə tövsiyyələr verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi