Nümunəvi dərslər davam edir

1a sinfində ibtidai sinif müəllimi Babaxanova Cəmilə tərəfindən Azərbaycan dili fənnindən "Xarıbülbül" mövzusunda nümunəvi dərs keçirildi.
Dərsin standartları düzgün təşkil edilmişdi. Dərs müasir təlim metodları əsasında təşkil edildi. Şuşada Şəhidlik zirvəsinə ucalmış məzunumuz Şəhid Yalçın Rəhimov barədə məlumat verildi.
Şagirdlər nümunəvi dərsdə sualları cavablandırıb fəal iştirak edərək, bir-birləri ilə sağlam rəqabət apardılar. Sonda şagirdlərin ifasında kiçik kompazisiya təqdim edildi.
Nümunəvi dərsi təlim-tərbiyə işləri üzrə direktor müavini Xalidə Ağayeva, metodbirlə.mə rəhbəri və ibtidai sinif müəllimləri dinlədi.