Məktəbimizdə cüdo idman növü üzrə açıq birincilik yarışı keçirildi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Təhsil Respublika İdman Mərkəzinin dəstəyi ,Bakı şəhəri 16 saylı “Uşaq-Gənclər İdman Məktəbinin” təşkilatçılığı ilə Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbin idman zalında cüdo idman növü üzrə açıq birincilik yarışı keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd Nardaran qəsəbəsində uşaqların cüdo idman növünə marağını artırmaq, perspektivli idmançıları aşkar etmək, eyni zamanda asudə vaxtın səmərəli təşkil olunmasıdır.Yarışda 100-ə qədər idmançı iştirak etdi. Tədbirdə 295 ,130 nömrəli tam orta məktəblərin şagirdləri , 1 saylı Respublika İdman Mərkəzinin və 16 saylı “Uşaq-Gənclər İdman Məktəbinin” idmançıları cüdo idman növü üzrə güclərini sınadılar.Çəki dərəcəsi üzrə qaliblər Təhsil Respublika İdman Mərkəzinin və 16 saylı “Uşaq-Gənclər İdman Məktəbinin” kubok,medal və diplomları ilə təltif edildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi