Bayramınız mübarək!

Bu gün sonuncu-torpaq çərşənbəsidir. Sonuncu, həm də «ilaxır çərşənbə»də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Xalqımız axır çərşənbəni xüsusi təntənə ilə qeyd edir. Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Məktəbimizin şagirdləri də ilaxır çərşənbəni qeyd etdi. Bu çərşənbənin adət -ənənələri sadalandı,bayram xonçası bəzədildi,şagirdlərin ifasında bahara,yaz fəslinə həsr olunmuş mahnılar səsləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi