ƏZİZ ƏLİYEV- "120 İL"

9 mart 2017-ci il tarixində Nardaran Bilik evində Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə 295 nömrəli məktəbin şagirdləri iştirak etdilər.Tədbiri Millət vəkili,Nardaran Bilik evinin direktoru Dilarə xanım Cəbrayılova açaraq qeyd etdi ki,Ə.Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərmiş,respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşmasına layiqli töhfələr vermişdir.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri,professor İsaxan Vəliyev,sektor müdiri Aqşin Rüstəmov,Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun kafedra müdiri ,professor Teymur Qafarov və Nardaran ,Bilgəh,Maştağa qəsəbələrinin xəstəxanalarının baş həkimləri DilarəSalahova,Çingiz İbadullayev,Səriyyə Səfərova ,130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov, həkimlər,müəllimlər və şagirdlər iştirak etdilər.Teymur Qafarov çıxış edərək Ə.Əliyevin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş,dolğun məlumat verdi, şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi