Dərsdinləmələrə start verilib
Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq məktəbin direktoru Dilarə Cəbrayılova tərəfindən dərsdinləmələrə start verilmişdir.
Dərsdinləmələrdə məqsəd tədris prosesində təlim təlim metodlarının və texnalogiyaların tətbiqinin öyrənilməsi, müəllimlərin səriştə və peşəkarlıq səviyyəsi, şagirdlərin dərslərə hazırlıq vəziyyəti, təlim, bacarıq və vərdişlərə yiyələnmə, müstəqil dərketmə qabiliyyəti və müəllim-şagird münasibətlərini təhlil etməkdir. Dərsdinləmələr bütün siniflərdə müxtəlif fənlər üzrə davam etdiriləcəkdir.