Balaca fidanlarımız məktəbin bütün müəllimlərini öz çıxışları ilə təbrik etdilər.

    Tədbiri giriş sözü ilə açan məktəb direktoru Dilarə Cəbrayılova müəllimləri peşə bayramları münasibətilə təbrik edərək, respublikada təhsilin inkişafı istiqamətində görülən işlərdən və müəllimlərin qazandığı uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  ölkəmizdə təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdikləri yüksək  diqqət  və  qayğı təhsilə  öz  müsbət nəticələrini  verir. Yeni təhsil müəssisələri inşa  edilir,  əsaslı təmir olunur və təhsil ocaqlarının  maddi-texniki bazası yenilənərək informasiya-kommunikasiya texnologiyaları ilə  təminatı  yaxşılaşdırılır. Rayonumuzda yeni istifadəyə verilən  təhsil  ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları  təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir.

    Sonra tədbir “Müəllimlər günü"nə həsr olunmuş konsert proqramı ilə davam edib. Proqramda şagirdlərin hazırladıqları səhnəciklər, şeirlər və musiqi nümunələri təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi