IX sinif şagirdləri Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.

    IX sinif şagirdləri Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.

    18 ölkənin təmsil olunduğu yubiley sərgisi oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib. Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi müəyyən edilmiş indekslər üzrə regionun ən böyük kitab festivalıdır. sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək.

    Bu statistika Bakı Beynəlxalq Kitab Sərgisinin 15 illik tarixində ən yüksək göstəricidir. Sərgidə dünya şöhrətli irland yazar Con Boyn və alman yazar Vulf Dorn “fəxri qonaq” qismində iştirak edəcəklər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi