“Yaşıl Dünya Naminə Həmrəylik İli” mövzusunda dərs keçirildi.

    Respublikamızda 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq müxtəlif qurumlar, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi də müəyyən fəaliyyətlər həyata keçirir. Bu məqsədlə elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 fevral tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq müvafiq əmr imzalamışdır. Əmrə əsasən, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.

    Bu münasibətlə məktəbin ərazisində açıq havada “Yaşıl Dünya Naminə Həmrəylik İli” mövzusunda dərs keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi