Ümumdünya Mülki Müdafiə Günü

Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür.Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. 295 nömrəli tam orta məktəbdə də 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir təşkil edildi.İlk öncə ibtidai və yuxarı sinif şagidləri mülki müdafiədə fəlakətlərlə mübarizənin rolu haqqında məlumatlandırıldılar və təxliyyə planı ilə tanış oldular.Sonra isə 1 mart saat 12:00-da məktəbdə həyəcan siqnalı verildi.Şagirdlər məktəbin binasından həyətə təxliyyə olundular.Binada yaralanmış,ehtiyacı olan şagirdlərə xilasetmə manqası tərəfindən yardım göstərildi.Praktik olaraq yanğınsöndürmə balonlarından istifadə edərək alov söndürüldü.Sonda idarə rəisi Dilarə Cəbrayılova çıxış edərək tədbirdə fəal iştirak edən müəllim və şagirdlərə minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi