Azərbaycan dili fənnindən növbəti nümunəvi dərs keçirildi.
Azərbaycan dili fənnindən növbəti nümunəvi dərs keçirildi.
Məktəbin İllik Tədbirlər Planına əsasən dil-ədəbiyyat müəllimi Mustafayeva Ayselin 7a sinfində "Qədim kitab işi" mövzusunda nümunəvi dərsi keçirildi.
Mövzu üzrə dərsin məqsədi, standartlara uyğunluğu, müəllimin fəalliyyəti və qiymətləndirmənin məqsədə uyğunluğu direktor müavini Xalidə Ağayeva tərəfindən qiymətləndirildi.
Sonda təşkil olunmuş müzakirədə məktəbin direktoru Dilarə Cəbrayılova və dinləyici qismində çıxış edən müəllimlər müəllim-şagird münasibətlərini, müəllimin dərs zamanı təşkil etdiyi fəaliyyəti təhlil etdilər.