Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş ədəbi - bədii kompozisiya keçirildi.

26.02.2024- cü il tarixində məktəbin Tədbirlər Planına əsasən Xocalı soyqırımının otuz ikinci ildönümünə həsr olunmuş ədəbi - bədii kompozisiya keçirildi. Tədbiri məktəbin direktoru Dilarə Cəbrayılova açıq elan etdi və tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Dilarə xanım çıxışında bəşəriyyətin faciəsi sayılan Xocalı soyqırımının heç vaxt unudulmayacagını vurğuladı. Daha sonra şagirdlər şeirlər söyləyib, videoslaydlar nümayiş etdiriblər.

#xocalısoyqırımı

#xocalıyaədalət

#məktəb295

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi