"İdmansevərlər" layihəsi bu dəfə müəllim və şagirdlər arasında keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət Planına əsasən təhsilalanlarda fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi məqsədilə" İdmansevərlər" layihəsinin icrası ilə əlaqədar 295 nömrəli tam orta məktəbdə müəllimlər və şagirdlər arasında "Şahmat" və "Dama" oyunları üzrə yarış keçirildi. Məktəbin direktoru Dilarə Cəbrayılovanın da iştirak etdiyi yarışdan müəllim və şagirdlər məmnun qaldıqlarını ,çox gözəl zaman keçirtdiklərini bildirdilər. Fiziki tərbiyə müəllimi Ceyhun Məhəmmədovun hakimliyi ilə keçirilən yarışın qalibləri sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
#məktəb 295
# saglamhəyattərzi