"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar şagird təhlükəsizliyi ilə bağlı iclas keçirildi.
"Yaşıl dünya naminə həmrəylik ili" ilə \əlaqədar 15.02.2024-cü il tarixində məktəbin direktoru Dilarə Cəbrayılova yuxarı sinif müəllimləri ilə iclas keçirib. İclas zamanı məktəbin rəhbəri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinın direktoru Eşqi Bağırovun təhlükəsizliklə bağlı məktəblərə göndərdiyi təlimatı müəllimlərinin diqqətinə çatdırdı. Məktəbdə sağlam-mənəvi psixoloji mühitin əhəmiyyəti, şagird təhlükəsizliyinin təmin olunması, şagirdlərin qadağan olunmuş əşyaların məktəbə gətirilməməsi, valideyn məsuliyyətinin artırılması və sair məsələlər barədə müzakirələr aparıldı.