Məktəbdaxili qiymətləndirmələrdə valideynlər də fəal iştirak ediblər

    295 nömrəli tam orta məktəbdə 2023- 2024- cü tədris ilinin I yarımili üçün məktəbdaxili qiymətləndirmələrə(BSQ) start verilib. Məktəbdaxili qiymətləndirmənin təşkili ilə bağlı məktəb rəhbərliyi tərəfindən Təşkilat, Nəzarət və Yoxlama Komissiyası yaradılmışdır.

    Valideynlərin təhsil ocagı ilə sıx əlaqə saxlaması, məktəbdə və təhsilimizdə gedən proseslərdə bilavasitə iştirakı çox vacibdir. Məktəb-valideyn əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi ilə məktəbin direktoru Dilarə Cəbrayılovanın dəvəti ilə bir qisim valideynlər məktəbə dəvət olunublar. Onlar BSQ-lərin keçirilməsində, qiymətləndirmə vasitələrinin paylanmasında fəal iştirak ediblər. Bununla da övladlarının təhsil prosesinin aktiv iştirakçılarına çevriliblər.

#Məktəb295

#Sağlamtəhsilmühiti

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi