Reproduktiv sağlamlıq
Məktəbin psixoloqu Ələkbərova Həmidə 16-17 yanvar 2024-cü il tarixlərində Reproduktiv sağlamlıq kursunun keçirilməsi istiqamətində 8-ci sinif şagirdləri ilə "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır",9-cu sinif şagirdləri ilə "Gəncliyin ilk baharı" mövzularında məşğələ keçirdi.
Məşğələdə şagirdlərə mövzu ilə bağlı geniş məlumatlar verildi, fikir mübadiləsi aparıldı, şagirdlərin mövzuya münasibəti dinlənildi.