Azərbaycan-Fransız Universitetinin (UFAZ) işçi heyəti və tələbələri məktəbimizin qonağı olub

    9 yanvar tarixində Azərbaycan-Fransız Universitetinin (UFAZ) işçi heyəti və tələbələri Bakının 295 nömrəli tam orta məktəbində yuxarı sinif şagirdləri ilə görüş keçirtdilər. Görüşdə şagirdlərə universitetdə bakalavr pilləsi üzrə qəbul imtahanı, təqaüd, universitetdə tələbələrə yaradılmış şərait barədə məlumat verdilər.

    Şagirdlərə UFAZ-da 4 ixtisas üzrə - geofizika və geologiya mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri üzrə təhsil ala biləcəklərini bildirdilər.

    UFAZ məzunlarının iki diplom (Strasburq Universiteti və Renn 1 (neft və qaz mühəndisliyi ixtisası) və ADNSU) alacaqları, UFAZ-da bütün ixtisaslar üzrə tədrisin 4 il oldugunu vurguladılar.

    Sonda şagirdlərə hədiyyələr paylanıldı.Şagirdlər bu görüşdən çox məmnun oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi