"Quru və su sahələri" mövzusunda nümunəvi dərsi keçirildi.
Məktəbin İllik Tədbirlər Planına əsasən coğrafiya müəllimi Həsənova Səbahətin "Quru və su sahələri" mövzusunda nümunəvi dərsi keçirildi.
Mövzu üzrə dərsin məqsədi, standartlara uyğunluğu, müəllimin fəalliyyəti və qiymətləndirmənin məqsədə uyğunluğu direktor müavini Xalidə Ağayeva tərəfindən qiymətləndirildi.
Sonda təşkil olunmuş müzakirədə məktəbin direktoru Dilarə Cəbrayılova və dinləyici qismində çıxış edən müəllimlər müəllim-şagird münasibətlərini, müəllimin dərs zamanı təşkil etdiyi fəaliyyəti təhlil etdilər.